Qusarda qanunsuz ağackəsmə faktı üzrə cinayət işi başlanıb. Bu barədə ShimalNews 10 yanvar tarixində Baş Prokurorluğa istinadən məlumat verir.

Araşdırma zamanı məlum olub ki, qanunsuz kəsilən ağaclar bələdiyyə mülkiyyətində olan torpaq sahələrində məhv edilib.

Faktla bağlı cinayət işi başlanaraq aidiyyəti istintaq orqanlarına göndərilib.