Qubada “Karyeraya yeni baxış” layihəsinin ilk görüşü keçirilib. Bu barədə ShimalNews 10 yanvar tarixində adıçəkilən Quba GİKM-nə istinadən məlumat verir.

Bir qrup gənclə “Karyera planlaması”, “Düzgün “CV” hazırlanması”, “İstək məktubunun əhəmiyyəti və yazılışı” mövzularında fərdi görüşlər keçirilib.  Eyvaz Xeyrullayevin təqdimatında keçirilən görüşdə yuxarı kurs tələbələri və yeni məzun olmuş gənclər iştirak ediblər.