DOST mərkəzi Quba regionunda vakansiya elan edib. Bu barədə ShimalNews 10 yanvar tarixində mərkəzə istinadən məlumat verir.
Vakant olan “İT mütəxəssis” vəzifəsi barədə məlumat:
- Kompüterləri, printerləri və digər avadanlıqları, habelə proqram təminatlarını quraşdırmaq, sazlamaq və problemlərin aşkar olunaraq aradan qaldırmasını təmin etmək;
- Ofisdaxili şəbəkəni tənzimləmək və problemləri aradan qaldırmaq;
- Masaüstü və notbuk avadanlıqlarının ilkin diaqnostikasını həyata keçirmək;
- Fəaliyyət istiqaməti üzrə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
Namizədə olan tələblər:
- Ali təhsil;
- Azərbaycan dili üzrə yüksək, ingilis dili üzrə texniki səviyyədə dil bilikləri;
- Sistemin ilkin anlayışları;
- Şəbəkənin ilkin anlayışları;
- Ilkin virtualizasiya və bulud texnologiyalar haqqında anlayış;
- Kompüter avadanlığının təmiri və montajı;
- Ezamiyyətə gedə bilmə imkanı;
- Sürücülük vəsiqəsinin olması üstünlükdür.
Dəyişkən iş saatlarında çalışa bilənlər və göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“İT mütəxəssis”) qeyd olunmalıdır) göndərə bilərlər.