İsmayıllıda “Layihələrin yazılması və idarə olunması” mövzusunda təlim keçirilib. Bu barədə ShimalNews 10 yanvar tarixində məlumat verir.

Təlim İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) İsmayıllı nümayəndəliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Təlimçi qismində çıxış edən Günel Alızadə ideyanın formalaşması və layihəyə uyğunlaşdırılması, layihənin yazılması mərhələləri və idarə edilməsi xüsusiyyətləri barədə ətraflı məlumat verib.