Gənclər və İdman Nazirliyi Xaçmaz, Quba və İsmayıllı üzrə idman həftəsinin cədvəlini açıqlayıb. Bu haqda ShimalNews 9 noyabr tarixində nazirliyə istinadən məlumat verir.
Afişanı təqdim edirik:
Xaçmaz rayonu:
14-15 yanvar – 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş uşaq və yeniyetmələr arasında şahmat turniri.
İsmayıllı rayonu:
9 yanvar saat 15:00-da – Veteran və gənclər arasında futbol üzrə yoldaşlıq oyunu (İsmayıllı şəhər stadionu).
Quba rayonu:
13 yanvar saat 10:00-da – 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə rayon birinciliyi (Güləş İdman Klubu).