Azərbaycanda müşahidə olunan qarlı hava şəraiti ilə bağlı şimal bölgəsinin yollarında vəziyyət açıqlanıb. Bu barədə ShimalNews 9 yanvar tarixində DİN Mətbuat Xidmətinə istinadən məlumat verir.

Bildirilib ki, 7 və 8 yanvar tarixlərində Qusarda 7 nəqliyyat hadisəsi olub. Nəticədə 1 nəfər yüngül xəsarət alıb və 16 avtomobilə zərər dəyib. Xaçmazda nəqliyyat hadisəsi nəticəsində 1 nəfər yüngül xəsarət alıb və 26 avtomobilə zərər dəyib. Qubada 15 nəqliyyat hadisəsi olub. Bu zaman 27 avtomobilə zərər dəyib, xəsarət alan olmayıb.

Qeyd olunub ki, hadisələr yanvarın 7-dən 8-dək olan dövrü əhatə edib.