Qusar sakini naməlum xəstəlikdən dünyasını dəyişib. Bu barədə ShimalNews 9 yanvar tarixində APA-ya istinadən məlumat verir.

Hadisə ötən gün Gəncə şəhərində yerləşən xəstəxanada baş verib. 14 yaşlı Elnur Ulubəyovun kirayə qaldığı evdə halı pisləşib. Yeniyetmə xəstəxanaya aparılıb, müayinə zamanı onun artıq həyatını itirdiyi məlum olub.

Meyitin müayinəsı zamanı məlum olub ki, Elnur qızılca xəstəliyini ağır keçirdiyi üçün dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.