Qubada xalq təbabəti ilə məşğul olan şəxs narkotiklə saxlanılıb. Bu barədə ShimalNews 9 yanvar tarixində Report-a istinadən məlumat verir.

Polis əməkdaşları tədbir keçiriblər. Nəticədə Bağbanlı kənd sakini Yalçın Qocayev tutulub. Onun üzərinə baxış zamanı “marixuana” və “şüşə” (metamfetamin) adlanan narkotik vasitə aşkar edilib.

Y.Qocayev fərdi yaşayış evində türkəçarə ilə bel və onurğa ağrıları kimi müxtəlif xəstəlikləri müalicə edirdi.