Quba rayonunda sahibkara 200.000 manat güzəştli kredit verilib. Bu barədə ShimalNews 9 yanvar tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarova istinadən məlumat verir.

Sahibkarlığın İnkişafı Fondu tərəfindən İlham Məmmədova turizmin inkişafı layihəsi üzrə kredit ayrılıb. Maliyyələşdirmə kiçik və orta biznesin inkişafına dəstək çərçivəsində aparılır.