Quba rayonunda 2 minik avtomobili toqquşub. Bu barədə ShimalNews 9 yanvar tarixində məlumat verir.

Yol-nəqliyyat hadisəsi Pirvahid kəndi ərazisində qeydə alınıb. Burada “Nissan” markalı avtomobil əks-istiqamətdə hərəkət edən “Hyundai” markalı avtomobilə çarpılıb. Qəzanın “Nissan”ın idarəetməsini itirmə səbəbindən baş verdiyi bildirilir.

Qəza zamanı Quba rayon sakinləri – 46 yaşlı Tərlan Yaqubov, 32 yaşlı Amil Seyidov, Bakı şəhər sakini, 63 yaşlı Sinəxanım İbrahimova və Şərur rayon sakini, 52 yaşlı Mirzə Məmmədov xəsarətlər alıblar. Onlar Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.