Qubada Gənclərin İnkişaf və Karyera Mərkəzi gənclər üçün həftəlik fəaliyyət planı təqdim edib. Bu barədə ShimalNews 9 yanvar tarixində mərkəzə istinadən məlumat verir.
Nümayəndəlikdə 9-15 yanvar tarixlərində görüləcək işlərin cədvəli aşağıda təqdim olunur:
- 9 yanvar saat 15:00-da – “Dil klubu”;
- 10 yanvar saat 13:00-da – “Sağlam komanda” təlimi;
- 11 yanvar saat 15:00-da – “Humanitar fənlər klubu”;
- 14 yanvar saat 14:00-da – “Əsgərə məktub”.
İştirak etmək üçün mərkəzə yaxınlaşmaq və ya əlaqə saxlamaq kifayətdir.
Ünvan: Quba, Heydər Əliyev Mərkəzinin 3-cü mərtəbəsi.