İsmayıllıda baş verən qəza nəticəsində xəsarət alanlar var. Bu barədə ShimalNews 9 yanvar tarixində Unikal.Org-a istinadən məlumat verir.

Hadisə Qəbələ-Bakı yolunda baş verib. “Toyota Prius” markalı minik avtomobilinin sürücüsü Ramil Əliyev idarəetməni itirərək ağaca çarpılıb. Qəza zamanı 67 yaşlı Səidə Abbasova, 57 yaşlı Reyhan Piriyeva, 36 yaşlı Elnur Qasımov, Balakən rayon sakini, 48 yaşlı Gülnar Qarakişiyeva yaralanıblar. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Araşdırma aparılır.