İsmayıllıda itkin düşən 21 yaşlı qadın Bakıda tapılıb. Bu barədə ShimalNews 9 yanvar tarixində Unikal-a istinadən məlumat verir.

Ötən il dekabrın 26-da Ruşan kənd sakini Ayişə Məmmədova evdən çıxıb və bir daha geri qayıtmayıb.

Polis əməkdaşları tərəfindən axtarış tədbirləri həyata keçirilib. Nəticədə tapılan qadın könüllü olaraq evi tərk etdiyini, geri qayıtmaq istəmədiyini və heç kimdən şikayətçi olmadığını bildirib.

 

Ayişə hazırda şokolad sexində işləyir. O, ailəlidir və 1 uşağı var.