İsmayıllıda tövləni təmizləyən qadın xəsarət alıb. Bu barədə ShimalNews 9 yanvar tarixində Qafqazinfo-ya istinadən məlumat verir.

Hadisə rayonun Şəbiyan kəndində qeydə alınıb. 49 yaşlı İlhamə Aslanova tövlədə təmizlik işləri aparan zaman üzərinə qar toplanmış dam küləyin gücündən uçub. Uçqunun altında qalan kənd sakini xəsarətlər alıb. Xəstəxanaya aparılan qadın ilkin yardımdan sonra evə buraxılıb.