İsmayıllı rayon sakinləri qanunsuz cüyür ovuna görə saxlanılıblar. Bu barədə ShimalNews 9 yanvar tarixində məlumat verir.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Rəşad Şahbazzadənin idarə etdiyi “Opel” markalı avtomobil yol polisi əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb.
Baxış zamanı avtomobildə 1 baş cüyür aşkarlanıb. Məlum olub ki, sürücü və onun sərnişinləri – Fariz Bəkirov və Cavanşir Xələfov ovu satmaq məqsədilə Qəbələyə gətiriblər.
Faktla bağlı araşdırma aparılır.