İsmayıllı istiqamətində hərəkət edən sürücülər qar yağdığına görə çətinliklə üzləşiblər. Bu barədə ShimalNews 9 yanvar tarixində məlumat verir.
Yol polisinin məlumatına əsasən, yanvarın 8-i Şamaxı-İsmayıllı yolu qısa müddətli bağlanıb və 100-dən çox avtomobil tıxaca düşüb. Buna səbəb şiddətli qar yağması olub. Nəticədə əraziyə təmizlik işləri üçün texnika cəlb edilib.
Sərnişin daşıyan və texniki tələblərə cavab verməyən avtomobillər alternativ – Qaraməryəm yoluna yönləndirilib.
Həmin tıxacdan görüntüləri izləyicilərimizə təqdim edirik: