Xaçmaz GİKM-də (Gənclərin İnkişaf və Karyera Mərkəzi) “Karyeraya yeni baxış” mövzusunda təlim keçiriləcək. Bu barədə ShimalNews 9 yanvar tarixində adıçəkilən mərkəzə istinadən məlumat verir.
GİKM: Xaçmazda gənclər üçün təlim keçiriləcək
Təlim “Gənclərlə iş üzrə menecerlərin inkişaf proqramı” layihəsinin iştirakçısı Eyvaz Xeyrullayevin təqdimatında keçiriləcək.
Gənclər aşağıdakı mövzularla tanış olacaqlar:
- Karyera planlaması;
- Karyera planlamasının mərhələləri;
- “Cahori” pəncərəsi haqqında məlumat.
Tarix: 09.01.2023
Saat: 15:00
Ünvan: Xaçmaz, Heydər Əliyev Mərkəzi.
Qeydiyyat üçün link https://docs.google.com/forms/d/e/1FAIpQLSdYM3IlfXySOUTVFyOZKsm4Ww7MFTW60BZOb9lSkrXWf6SFgw/viewform