Xaçmazda suvarma kanalının natəmizlik mənbəyinə çevrilməsinin səbəbi araşdırılıb. Bu barədə ShimalNews 7 yanvar tarixində ATV-yə istinadən məlumat verir.

Zibillə dolu suvarma kanalı şəhəri 2 hissəyə bölür. Məişət tullantıları, kol-kos və bura axıdılan sanitar qovşaqların tullantıları uzun müddətdir ki, antisanitariya vəziyyəti yaradıb.

Sakinlər bildirirlər ki, yayda üfunətdən əziyyət çəkirlər:

“Bura heyvan ölüsü, gördüyünüz kimi, qırıntı, çürüntü və başqa zir-zibillər atırlar. Bunlar göydən gəlib tökülmür ki, hamısını canlı insanlar gətirib atır”.

Eləcə də maneələrə görə su səviyyəsi qalxıb daşan zaman digər fəsadlar əmələ gəlir. Ətrafda yaşayanların mənzillərində rütubətin səviyyəsi qalxır.

Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsindən məsələ ilə bağlı açıqlama verilib. Oradan bildirilib ki, hazırda rayonda müvafiq texnika olmasa da, kanal bir neçə dəfə əl əməyi ilə təmizlənib. Lakin bir müddət sonra vəziyyət təkrarlanıb. Buna görə vətəndaşlar məsuliyyət daşıyırlar.

Daha ətraflı videonu izləyicilərimizə təqdim edirik:

 

View this post on Instagram

 

A post shared by SHIMAL NEWS (@shimal.news)