Qusarlı gənc aktyorun atası vəfat edib. Bu barədə ShimalNews 7 yanvar tarixində sosial şəbəkələrə istinadən məlumat verir.

Gənc aktyor Qurban Əhmadovun atası Sərvət Əhmadov dünyasını dəyişib.

Qurban Əhmadov 2017-ci ildən Bakı Uşaq və Gənclər Teatrında çalışır. O, 1995-ci il yanvarın 2-də Qusar rayonunun Bedirqala kəndində anadan olub. Qurban Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. 2016-2017-ci illlərdə hərbi xidmətdə olub. Gənc aktyor Vətən müharibəsində iştirak edib və  “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və  “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.