Qusarın eyni gündə şəhid olan 2 mərd oğlunun anım mərasimləri keçirilib. Bu barədə ShimalNews 7 yanvar tarixində Bizim.Media-ya istinadən məlumat verir.

Gündüzqala kəndində Vətən müharibəsi şəhidləri Razik Salmanov və Sarvan Şahbazovun xatirələri anılıb. Burada şəhidlərin ailə üzvləri, Qusar Rayon İcra Hakimiyyətinin nümayəndələri, Qarabağ müharibəsi əlilləri, veteranları, Şəhid ailələri İctimai Birliyinin Qusar filialının əməkdaşları, kənd sakinləri iştirak ediblər.

31 yaşlı Sarvan və 23 yaşlı Razik 2020-ci il oktyabr ayının 27-də Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar. Onların nəşi bir neçə aydan sonra tapılaraq ailələrinə təhvil verilib.

Razik 2020-ci il dekabr ayının 27-də, Sarvan isə 2021-ci il yanvar ayının 7-də doğma kəndlərində dəfn olunublar.