Kəmaləddin Heydərov İsmayıllı şəhərində sakinlərin qəbulunu keçirib. Bu barədə ShimalNews 5 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.

Heydər Əliyev Mərkəzində baş tutan görüşdə İsmayıllı və Ağsu rayonlarının sakinləri iştirak ediblər.

Qəbuldan öncə, nazir mərkəzin həyətində ucaldılmış Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib. Daha sonra Kəmaləddin Heydərov sakinlərin müraciətlərini dinləyib. Qaldırılan məsələlərin əksəriyyəti yerindəcə öz həllini tapıb.

İsmayıllı: Kəmaləddin Heydərov vətəndaşlarla görüşüb
Foto fhn saytı