İsmayıllı rayonunda qadın sürücü idarəetməni itirərək avtomobilini aşırıb. Xəsarət alanlar var. Bu barədə ShimalNews 4 yanvar tarixində Baku TV-yə istinadən məlumat verir.
Hadisə yanvarın 3-ü, İsmayıllı-Qəbələ yolunun Buynuz kəndindən keçən hissəsində baş verib. “Chevrolet” markalı avtomobilin sürücüsü Gülarə və onun sərnişini olan nənəsi, 76 yaşlı Səyyarə Əliyeva xəsarət alıblar.
Onlar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.