“Şahdağ Turizm Mərkəzi”ndə kanat gəzintisi pulsuz təklif edilir. Bu barədə ShimalNews 3 yanvar tarixində məlumat verir.

İstirahət mərkəzinin işçiləri bildiriblər ki, Yeni İl bayramı münasibətilə bu gün və sabah (ola bilsin bir müddət əlavə) davam edəcək kampaniyadan hər kəs yararlana bilər. Hazırda əyləncə məkanının qarşısında insanların sıxlığı müşahidə olunur.

Bölgəmizə gələn yerli və xarici turistlər Qusar və Quba istiqamətində axın edirlər. Tətil bitdikdən sonra statistikanın Dövlət Turizm Agentliyi tərəfindən açıqlanacağı gözlənilir.

Yeni il kamapaniyası
Photo Shimal.News