Xaçmaz rayon sakini və onunla əlbir olan şəxs Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsi tərəfindən saxlanılıblar. Bu barədə ShimalNews 30 dekabr tarixində Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzinə istinadən məlumat verir.

Dekabrın 28-i saat 21:15-də Füzuli rayonunun Birinci Mahmudlu kəndi yaxınlığında 34 yaşlı Xaçmaz rayon sakini Cəlal Bayramov və 34 yaşlı Bakı şəhər sakini Elmir Balışov silah və narkotiklə tutulublar.

Baxış zamanı saxlanılan şəxslərin üzərindən 6 kq 200 qr narkotik maddələr (5 kq 700 qr marixuana, 500 qr metamfetamin və 980 ədəd “metadon M-40” həbləri), 1 ədəd “Hatsan” markalı tir tüfəngi və ona məxsus 264 ədəd qırma aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.