Quba şəhərində iki minik avtomobili toqquşub. Bu barədə ShimalNews 30 dekabr tarixində məlumat verir.

Hadisə saat 13:20 radələridə 226-cı diviziya və M.P.Vaqif küçələrinin kəsişməsində baş verib. Burada “Toyota” markalı avtomobil “Hundai” markalı nəqliyyat vasitəsinə çarpılıb. Əraziyə DYP-nin əməkdaşları gəliblər.

Şahidlərin sözlərinə görə, qəzaya səbəb sürücülərin bir-birini gözləməməsi olub.

Xəsarət alan yoxdur.