İsmayıllıda qabaqcadan əlbir olan bir qrup şəxs cinayəti gizlətmək məqsədilə bir nəfərin öldürülməsi və meyitinin yandırılmasında şübhəli biliniblər. Bu barədə ShimalNews 29 dekabr tarixində Baş Prokurorluğa istinadən məlumat verir.
Rayon ərazisində naməlum insan skeletinin aşkar edilməsi faktına görə cinayət işi Baş Prokurorluqda öyrənilib. Aparılmış istintaq nəticəsində aşkar edilmiş skeletinin 1978-ci il təvəllüdlü Rəşad Məmmədova məxsus olması müəyyən olunub. Məmmədov müvafiq qurumda istintaq edilən cinayət işi üzrə ifadə verməsinin qarşısını almaq üçün öldürülüb və meyiti yandırılıb. Elvin Əliyev və Ümidvar İbişov başqa cinayəti gizlətmək məqsədilə bu əməli törətməkdə şübhəli bilinirlər.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.