Ekologiya və Təbii Sərvətlər Nazirliyi bayram günlərində milli parklara girişin ödənişsiz olacağını elan edib. Bu barədə ShimalNews 30 dekabr tarixində nazirliyə istinadən məlumat verir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar milli parklarda “açıq qapı” günləri keçiriləcək. 31 dekabr – 4 yanvar tarixlərində ziyarətçilər ödənişdən azad olunacaqlar.

Şimal bölgəsində Samur-Yalama Milli Parkı, Altıağac Milli Parkı və Şahdağ Milli Parkı mövcuddur. Burada biomüxtəlifliklər qorunub saxlanılır.