Xaçmazda boksçular arasında yoldaşlıq görüşləri keçirilib. Bu barədə ShimalNews 29 dekabr tarixində İsmayıllı RİH-yə istinadən məlumat verir. Xaçmaz Rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

Yarış 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə  Xaçmaz boks idman zalında təşkil edilib. Görüşlərə Bakı və rayonlardan idmançılar qatılıblar. Mübarizələrdə fərqlənən idmançılar Rayon Gənclər və İdman İdarəsinin təsis etdiyi diplomlarla makafatlanıblar.

Yoldaşlıq görüşlərinin keçirilməsində məqsəd yeniyetmə idmançıların fiziki hazırlığının artırılması, gələcək yarışlara hazırlıq bacarıqlarının inkişaf etdirilməsidir.