Vaxtilə Quba Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Süleyman Nemətov Naxçıvan MR Baş Polis İdarəsinin rəisi təyin olunub. Bu barədə ShimalNews 28 dekabr tarixində məlumat verir.
Naxçıvan MR Daxili İşlər Nazirliyi ləğv olunub, onun yerinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan MR Baş Polis İdarəsi yaradılıb.
S.Nemətov bu gündən yeni vəzifəsinin icrasına başlayacaq. O, Quba polisindən sonra Bakıda Suraxanı polisində rəis olub.