İsmayıllıdan olan Kəbləmi Əliyev deyir ki, Lahıcda yaşayan və nəslində misgər, qalayçı olmayan bir insan tapmaq mümkün deyil. Bu barədə ShimalNews 26 dekabr tarixində Apa TV-yə istinadən məlumat verir.

Kəbləmi ustanı burada hər kəs tanıyır. O, 52 ildir ki, bu sənətlə məşğuldur. Onun atası da, babası da misgər olub. Özü isə uşaqlıqdan peşənin sirlərini atasından öyrənib.

Sənətkarın sözlərinə görə, misi soyuq halda döyürlər. Əgər səhvə yol verilsə, bütün işi yenidən görmək, metalı əridib işə təzədən başlamaq lazımdır.