Fövqəladə hallar naziri İsmayıllı rayonunda vətəndaşların qəbulunu keçirəcək. Bu barədə ShimalNews 26 dekabr tarixində məlumat verir.

Yanvarın 5-i saat 10:00-da Kəmaləddin Heydərov İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin binasında İsmayıllı və Ağsu rayonları sakinlərinin qəbulu keçiriləcəkdir. Qəbula gələn vətəndaşların qeydiyyatı 4 yanvar 2023-cü il tarixində Heydər Əliyev Mərkəzinin binasında saat 09:00-da başlayacaqdır.

Görüşdə yalnız nazirliyin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Görüşə gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.