Xaçmazda dövlət müəssisəsi hərraca çıxarılacaq. Bu barədə ShimalNews 24 dekabr tarixində Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
24 yanvar 2023-cü il tarixində saat 10:00-da təkrar hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin adları açıqlanıb. Alıcqışlaq kənd klubu bu siyahıda yer alıb.
Klubun qiyməti 5000 manatdan başlayacaq, beh 500 manat təşkil edir.
Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:
- Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖEN);
- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təsdiq edilmiş formada sifariş;
- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd (10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir);
Hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcək.
Ünvan: Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 7. Əlaqə telefonu: (kod 2332) 5-39-72, 5-33-55, 5-12-27.