Xaçmazda intellektual turnirin qalibləri mükafatlandırılıblar. Bu barədə ShimalNews 24 dekabr tarixində məlumat verir.

“Şuşa İli”nə həsr olunan turnir Xaçmaz KOB Evində baş tutub. “Nə? Harada? Nə zaman?” formatında keçirilən yarışda 50 gənc müəllim iştirak edib. Turnirin yekun nəticələrinə əsasən, “İstiqlal” komandası 1-ci, “Xarıbülbül” komandası 2-ci, Legion komandası isə 3-cü yerə layiq görülüb.

Qaliblər idarə tərəfindən kubok, diplom və hədiyyələrlə təltif ediliblər.