Qusarda ilk dəfə qış ayında üzgüçülük yarışı keçirilir. Bu barədə ShimalNews 24 dekabr tarixində Report-a istinadən məlumat verir.

Bu gün Olimpiya İdman Kompleksində baş tutan idman tədbirinin birinci günüdür.

“İndiyədək burada heç vaxt qışda üzgüçülük hovuzu fəaliyyət göstərməyib. Çox sevindirici haldır ki, bu, bütün respublika üzrə baş tutan “Birlikdə üzək” yarışına təsadüf etdi. Bu gün üçün 15 nəfər qeydiyyatdan keçib. Növbəti günlərdə sayda artım olacaq”, – kompleksin direktoru Elşən Məmmədov bildirib.