İsmayıllı rayonunda yerləşən “İvanovka Honey Farm” təsərrüfatının sahibi Andrey Antifeyev yaratdıqları təsərrüfatlar barədə Bakı şəhər sakinlərinə ətraflı məlumat təqdim olunub. Bu barədə ShimalNews 24 dekabr tarixində Kənd Təsərrüfatı Nazirliyinə istinadən məlumat verir.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunan “Kənddən Şəhərə” Yeni il yarmarkalarında “Şəhərdən Kəndə” layihəsinə qoşulmuş aqroturizm təsərrüfatlarının təqdimatı keçirilib.
Burada fermerlər istehsal etdikləri təbii məhsulları dekabrın 30-na kimi sərgiləyəcəklər. Layihənin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır.