Bakı-Quba-Rusiya ödənişli avtomagistralının əksər hissələrində işlər yekunlaşıb. Bu barədə ShimalNews 24 dekabr tarixində məlumat verir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, yolun artıq əksər hissələri tam asfaltlanıb. Müəyyən işlər isə gələn ilin 1-ci yarımilliyində başa çatdırılacaq. Artıq yolda giriş-çıxış məntəqələrinin tikintisi başa çatıb, ödəniş terminalları və turniketlər quraşdırılıb.