Qusar rayonunun Həzrə kəndi yaxınlığında yerləşən sərhəd zastavasını 5 nəfər əcnəbi vətəndaş qanunsuz keçmək istəyib. Bu barədə ShimalNews 24 dekabr Dövlət Sərhəd Xidmətinə istinadən məlumat verir.

Dekabr ayının 23-də saat 01:40-da Pakistan İslam Respublikasının vətəndaşları qeyri-leqal miqrasiya məqsədilə Azərbaycandan Rusiyaya keçmək istəyiblər.

Araşdırma zamanı məlum olub ki, həmin şəxslər ölkəmizə rəsmi qaydada gəliblər. Daha sonra onların dövlət sərhədini pozaraq Rusiyaya, oradan isə Avropa ölkələrinin birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

DSX: Qusarda 5 əcnəbi vətəndaş saxlanılıb
Foto Dövlət Sərhəd Xidməti