Xaçmaz rayonunda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda ShimalNews 24 dekabr tarixində DİN-in mətbuat xidmətinə istinadən məlumat verir.

Dekabrın 23-ü Xaçmaz Rayon Polis Şöbəsinə “BMW” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Keçirilən tədbirlər nəticəsində avtomobili qaçıran şəxsin Xudat şəhəri ərazisində qəza törədərək xəsarət aldığı məlum olub. O.Xalıqova xəstəxanada ilkin tibbi yardım göstərilib.

Avtomobili qaçırmaqda şübhəli bilinən rayon sakini saxlanılıb. Faktla bağlı araşdırma aparılır.