Xaçmaz şəhərində naməlum şəxs ana və onun oğlunu döyüb. Bu barədə ShimalNews 23 dekabr tarixində Lent.az-a istinadən məlumat verir.
Məlumata görə, şəhər sakini Aygün Abbasovaya və onun 23 yaşlı oğlu Coşquna tibbi yardım göstərilib.
Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.