Xaçmazdan olan Məryəm Məmmədova şahmat üzrə respublika birinciliyinin final mərhələsində gümüş medal qazanıb. Bu barədə ShimalNews 23 dekabr tarixində məlumat verir.

Yarış Bakıda yerləşən Təhsil Respublika İdman Mərkəzində keçirilib. 8 yaşa qədər olan şahmatçılar arasında gərgin mübarizə nəticəsində Məryəm 7 görüşdən 6 bal toplayaraq 2-ci yerə layiq görülüb.