İsmayıllıda bir sıra küçələrdə abadlıq-quruculuq işləri aparılıb. Bu barədə ShimalNews-a 23 dekabr tarixində İH-yə istinadən məlumat verir.
Rayonun daxili imkanlarından istifadə edilərək Natavan küçəsində yerləşən 48 mənzilli binanın zirzəmi hissəsində pəncərələrə metal barmaqlıqlar quraşdırılmış, həmin binanın dağılmış divarlarına suvaq qatı və dekorativ daşlar vurulmuşdur. H. Əliyev prospekti, V. Osmanov və M. F. Axundov küçəsindəki binaların fasad örtüyü suyadavamlı boya ilə rənglənmiş, giriş qapıları təmir olunmuşdur. Bundan əlavə, N. Gəncəvi küçəsində sakinlərin müraciətlərini nəzərə alaraq, məhəllədaxili həyətdə yelləncək və sürüşmə avadanlığı ilə təchiz olunmuş uşaq əyləncə kompleksi quraşdırılmışdır.
Eləcə də rayonun bəzi küçə və prospektlərində məişət tullantılarının yığılması üçün müasir tipli meydançalar quraşdırılıb.