Vətən müharibəsi şəhidi Vüsal Əliyevin xatirəsinə həsr edilmiş karate yarışında Xaçmaz komandası 4 medal qazanıb. Bu barədə ShimalNews 22 dekabr tarixində Xaçmaz Rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

Yasuda kaikan kontakt karate üzrə Bakı şəhər turniri keçirilib. Nəticədə müxtəlif dərəcələrdə Arzuman Əlixanov və Qamət Cabrayılov qızıl medal, Coşqun Alməmmədov və İlkin Cabrayılov isə gümüş medal qazanıblar.