Xaçmazın icra başçısı Elnur Rzayev Köhnə Xudat kəndində vətəndaşlarla görüşüb. Bu barədə ShimalNews 22 dekabr tarixində rəsmi quruma istinadən məlumat verir.
Tədbirdə yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri iştirak ediblər.
Burada Köhnə Xudat, Seyidlər, Digahoba, İdrisoba və Fərzəlioba kəndlərinin, eləcə də Aşağı Ləgər qəsəbəsinin sakinlərinin müraciətləri fərdi qaydada dinlənilib.
Əsas məsələlər kəndlərarası yolun təmiri, elektrik təsərrüfatının yenilənməsi, əkin sahələrinin suvarılması üçün əlavə subartezian quyusunun qazılması, yeni bağça binasının inşası olub.