Qusar Olimpiya İdman Kompleksinin direktoru Elşən Məmmədov tədbirlərin birində minifutbola olan marağı gündəmə gətirib. Bu barədə ShimalNews 22 dekabr tarixində Report-a istinadən məlumat verir.
Bakıda İdman Araşdırmalar Mərkəzinin (İAM) “İlin Qalibləri – 2022” layihəsi üzrə “Qızıl onluq” adlı mükafatlandırma mərasimi keçirilib. Mərasim zamanı E.Məmmədov Qusarda minifutbola olan maraqdan danışıb və “Azfar”a çağırış edib.
Sonra mükafatlandırma mərasimi başlayıb və ilin idman xadimləri nominasiyası üzrə qaliblər mükafatlandırılıb.
Məlumat üçün bildirək ki, “Azfar Group” tam infrastruktura malik həvəskar və peşəkar futbol meydançalarının tikintisi və idarə edilməsi üzrə ixtisaslaşmış şirkətdir.