İsmayıllıda gələn ilin tədarükü üçün 30.365 hektar sahədə payızlıq taxıl əkilib. Bu barədə ShimalNews 22 dekabr tarixində məlumat verir.
Əkin sahələrinin 22.647 hektarı buğda, 7.718 hektarı isə arpadır. Daha çox taxıl Qubaxəlilli, Quşencə, Hacıhətəmli ərazi dairələrində və Nikitin adına kolxozda əkilib.
Fermerlər səpin zamanı buğdanın “Xəzri”, “Fatimə”, “Ləyaqətli – 80”, “Baba”, “Qobustan”, “Aran”, “Qrom”, “Tanya” kimi sortlarından istifadə ediblər. Arpanın isə “Qarabağ – 33”, “Qarabağ – 22” və “Cəlilabad – 19” kimi sortları istifadə olunub.