İsmayıllı, Şabran və bir sıra digər rayonlarda “Azərsu” ASC əhalidən torpaq sahələrini alacaq. Bu barədə ShimalNews 22 dekabr tarixində Ölkə.az-a istinadən məlumat verir.
Həmin ərazilərin qiymətləndirilməsi “Sorğu Ekspert Mərkəzi” MMC tərəfindən aparılacaq. Xidmətə görə şirkətə 40.257 manat ödəniləcək.
Bu proses təhlükəsizliyin təmin olunması üçün görüləcək. İlk növbədə qurum istifadəsində olan əsas vəsaitlərin və tikintisi altına düşən torpaq sahələrinin dəyərləndirilməsini həyata keçirəcək.