İsmayıllı rayonunda dövlət obyektinin hərracı keçiriləcək. Bu barədə ShimalNews 22 dekabr tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən məlumat verir.

Yanvarın 10-u saat 10:00-da 673.7 kv.m sahəsi olan Soltankənd kənd Yaradıcılıq Evi satışa qoyulacaq. Onun yerləşdiyi torpaq sahəsi isə 1364.9 kv.m təşkil edir.

Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:

  1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖEN);
  2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təsdiq edilmiş formada sifariş;
  3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd (10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin

AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir).

Hərrac İsmayıllı şəhəri, Heydər Əliyev prospekti, 46 ünvanında keçiriləcək.
Əlaqə telefonu: (02028) 5-64-64.