Beynəlxalq Ağır Atletika Federasiyasının keçirdiyi yarışda İsmayıllıdan olan Selcan Qarayeva qalib olub. Bu barədə ShimalNews 22 dekabr tarixində məlumat verir.

Yarış paytaxtın Şüvəlan qəsəbəsinə Ağır Atletika Akademiyasında baş tutub. Selcan 55 kq çəki dərəcəsində çıxış edərək toplam 132 kq (57+75) nəticə göstərib. Onun məşqçisi Vüsal Ağayev məşqçilik kursunu uğurla keçirdiyinə görə sertifikatla təltif edilib.