Qubalı məktəbli ABŞ-nin Kopernik olimpiadasının medalçısı olub. Bu barədə ShimalNews 22 dekabr tarixində məlumat verir.

Beynəlxalq olimpiadanın Azərbaycanda keçirlən seçim turunda Nuray Bayramzadə riyaziyyat kateqoriyasında biliyini sınayıb. 11-ci sinif şagirdi qalib gələrək bürünc medal qazanıb. Qaliblər Amerikada baş tutacaq final mərhələsində iştirak edəcəklər.

Nuray Bayramzadə Quba şəhər Hikmət Hüseynov adına 4 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyində təhsil alır.