Quba sakini odlu silahla hədələnib. Bu haqda ShimalNews 21 dekabr tarixində APA-ya istinadən məlumat verir.

Quba Rayon Polis Şöbəsinə bir nəfərin odlu silahla vurulacağı ilə hədələnməsi barədə məlumat daxil olub. Əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən E.Mustafayevin yaşadığı evə baxış keçirilib. Burada müvafiq sənədləri olan “Forovel” və “MR-27” markalı 2 ədəd tüfəng və onlara aid 200 ədəd patron aşkar edilib. Silah və sursatlar götürülüb.

Araşdırma aparılır.